“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 90-cı maddənin dördüncü hissəsi üzrə:

1.1. birinci cümlədə “Könüllü hərbi-vətənpərvərlik idman-texniki cəmiyyətindən (KHVİTC) başqa mülki” sözləri “Mülki” sözü ilə əvəz edilsin;

1.2. üçüncü cümlə çıxarılsın.

2. 171-ci maddənin birinci hissəsinin “b” bəndinin dördüncü abzasından “Azərbaycan Respublikasının KHVİTC-nin təhsil təşkilatlarında,” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bütün xəbərlər Facebook səhifəmizdə