“İranın Ermənistandakı səfirinin fəaliyyətinə öz ölkəsi qiymət verməlidir“ - ŞƏRH EDİLDİ
“İranın Ermənistandakı hazırkı səfiri vaxtaşırı öz səlahiyyətlərindən kənara çıxır. O, ölkəsini Ermənistanda təmsil etmək əvəzinə, özünü radikal siyasi dairələrin nümayəndəsi kimi aparır, Azərbaycanın daxili işlərinə qarışacaq reallığa uyğun olmayan fikirlər səsləndirir. Bu cür yanaşma kökündən yanlışdır. Bütün bunlar nə onun səlahiyyətinə, nə də tutduğu statusa uyğun deyil. Onun bu fikirləri Azərbaycanla İran arasındakı münasibətlərə kölgə salır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu cür fikirlər İranın yeni hökumətinin diqqətindən kənarda qalmamalıdır: “İranın Ermənistandakı səfirinin fəaliyyətinə öz ölkəsi tərəfindən qiymət verilməlidir. Azərbaycanla Ermənistan arasındakı münasibətlərə üçüncü bir ölkənin qarışması yolverilməzdir. Bu iki qonşu ölkə problemlərini özləri həll edəcəklər. Hazırda bu iki ölkə arasında münasibətlərin normallaşması üçün hərtərfli iş aparılır. İranın müəyyən dairələrinin səfirlərin dili ilə bu münasibətlərə zərbə vurmaq istəməsi heç də bölgədə sülhün yaranmasına xidmət edə bilməz”.
“Azərbaycan İranın Ermənistandakı səfirinin vaxtaşırı olaraq regionda sülhün yaranması əleyhinə fikirlərini pisləyir və hesab edir ki, bunlar İranın yeni hökumətinin fikirləri olmayacaq”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB