“Prezidentin səfərindən sonra Pakistanla münasibətlər yeni mərhələyə qədəm qoydu” - ŞƏRH EDİLDİ
“Hazırda dünyanın iqtisadi və siyasi mərkəzi Avropadan Asiyaya doğru irəliləyərək , coğrafi mərkəzinə doğru gedib. Yəni, önümüzdəki tarixi mərhələdə, həm dünyanın iqtisadi, həm də siyasi taleyini həlledəcək coğrafiya mərkəzi və cənub-şərqi Asiyadır. Çünki hazırda dünya əhalisinin üçdə ikisindən çoxu cənub-şərqi Asiyada yerləşir. Eyni zamanda, iqtisadiyyat cənubi - şərqi Asiyada formalaşmağa başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, tarixən türk xalqlarının oynadığı rolun da yeni missiyası yaranmaqdadır: “Bu, məsələnin yeni qlobal tərəfidir. Azərbaycan Prezidentinin qardaş ölkə Pakistana səfərinin təkcə Pakistan -Azərbaycan deyil, həm də ümumi qlobal istisadi-siyasi proseslər kontekstində komplex olaraq qiymətləndirməyə çalışsaq, səfərin nə qədər mühüm əhəmiyyət daşıdığını görərik. İkitərəfli münasibətlərdə isə sadəcə imzalanan sənədlərə və hər iki ölkə liderinin səsləndirdiyi bəyanatın məzmununa baxsaq, bu münasibətlərin nə dərəcədə dərin, səmimi, faydalı və strateji baxımından əhəmiyyətli olduğunu görərik”. Millət vəkili qeyd edib ki, Pakistan və Azərbaycan arasında imzalanan sənədlərdə müasir çağırışlar konteksində iqtisadi münasibətlərin dərinləşməsi, tranzit məsələlərin həll olunması, ticari dövriyyənin artırılması ilə bağlı çox mühüm qərarların alınıb: “Bu da hər iki ölkə üçün çox böyük yeniliklər gətirəcək. Ən əsası isə beynəlxalq təşkilatlarda və dünya miqyasında hər iki ölkənin bir-birinə dəstək olmasıdır. Bu münasibətlər bəlkə çox uzun olmayan son 30- 35 ildə, amma mühüm tarixi proseslərdən keçərək, möhkəmlənib. Ona görə də Pakistan- Azərbaycan münasibətləri, Prezident İlham Əliyevin qardaş ölkəyə səfərindən sonra iqtisadi, siyasi məzmun və strateji gələcək baxımından təmamilə yeni mərhələyə keçmiş oldu”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə