MSK Milli Məclisə seçkilərlə əlaqədar tədbir keçirir - YENİLƏNİR - FOTOLAR

MSK Milli Məclisə seçkilərlə əlaqədar tədbir keçirir - YENİLƏNİR - FOTOLAR

Bu gün Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar tədbir keçirir. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov, Komissiyanın üzvləri İlkin Şahbazov və Etibar Quliyev iştirak edirlər.

Tədbir zamanı deputatlığa namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi qaydası, namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi ilə bağlı seçki qanunvericiliyinin tələbləri mövzuları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə