Ermənistanda bir müddət küçələrdən yığışmayan Baqrat Qalstanyan deyəsən bərk “yorulub” və artıq siyasi səhnədə görünmür. “Vətən naminə” hərəkatının formal da olsa belə lideri kimi özünü tanıtmağa çalışan Qalstanyan deyəsən kənara çəkilməkdən başqa çarə tapmayıb. Yəqin ki, nə dərəcədə mənasız iddialarla çıxış etdiyini onun özü hamıdan yaxşı başa düşüb. Maraqlıdır, arxiyepiskop Baqrat indi də Paşinyan hökumətini devirmək uğrunda mübarizəni dayandırmaq qərarına gəlib, yoxsa fəaliyyətinin uğursuz sonluğunu qəbul etmək məcburiyyətində qalıb?
Hərəkatın lideri olaraq özünü elan edən üçün çoxdandır rüsvayçı vəziyyət yaranıb
Son günlər adı yerli mətbuatda çox təsadüfi halda çəkilən Batratın yəqin ki, fəaliyyətinin məansız olduğu qənaətinə gəlinib. Əks halda, əvvəllər olduğu kimi yox, indi qəzet səhifələrindən demək olar ki, tamamilə yoxa çıxmazdı. Hətta Qalstanyana rəğbət bəsləyən bəzi KİV-lər bildirirlər ki, hərəkat daxilində yenidənqurma gedir. Onlar qeyd edirlər ki, müvəqqəti hökumət proqramı və ölkənin inkişafı ilə bağlı baxışlar hazırlanır və narahatçılıqdan bezmiş həmin o ruhani lider özü də payızda “küçə hərəkatını qızışdırmaq” niyyətindədir. Belə bir fikr də formalaşdırmaq istəyirlər ki, guya hərəkatda yenidənqurma aparılır. Amma məsələ burasındadır ki, hərəkat üçün də, onun lideri üçün də çoxdandır arzuolunmaz vəziyyət yaranıb və indi Baqratın bundan sonra uğur qazanmasına özü də, ona rəğbət bəzləyənlər də belə inanmırlar. Yaxşı başa düşürlər ki, hərəkata rəhbərlik edən Qalstanyan çox uğursuz bir sonluqla artıq qarşılaşıb və acizliyi də göz önündədir.
Qarabağ klanının, cinayətkar rejimin marionetinin yeni güclə bərpa olunması üçün heç bir ilkin şərt belə yoxdur
Qalstanyanın guya hərəkatı yenidən formalaşdırması, yaxud da ki, yenidən qurması barədə nə qədər fikirlər dövriyyəyə buraxılsa belə, onun sonunun yetişdiyini ermənilər çox yaxşı bilirlər. Onunla bağlı spekulyasiyaların da bu baxımdan mənasız olduğu artıq təkzib edilə bilməz. Sadəcə olaraq, hələ də bəzi etiraflar edilmir və bunun da səbəbləri var. Əvvəla, ən vacib səbəblərindən biri odur ki, nə Qalstanyanın özü, nə də onun arxasında duran qüvvələr hərəkatın faktiki olaraq məhv olduğunu açıq şəkildə etiraf etməyə cəsarət etmirlər. Ona görə cəsarət etmirlər ki, müxalifət qüvvələrinin qəzəbunə tuş gəlməkdən və eyni zamanda meydanda tək qalmaqdan qorxurlar. Hətta erməni cəmiyyətinin hədəfinə belə tuş gəlməkdən qorxduqları üçün də etiraf etməyə cürətləri çatmır və bacardıqca özlərini qanmamazlığa, bilməməzliyə vururlar. Bununla belə bilirlər ki, Baqratın da, onun hərəkatının da yaxın gələcəkdə yeni güclə bərpa olunması üçün heç bir ilkin şərt belə yoxdur. Bəli, Qalstanyan da, onun Qarabağ klanından olan kuratorları da özlərinin son nəğmələrini belə artıq çoxdan oxuyublar və ümid edəcəkləri heç nə qalmayıb. Dəfələrlə erməni baş naziri Nikol Paşinyana vaxt verən arxiyepiskop da, onu dəstəkləyənlər də xalq arasında heç bir reytinqə sahib olmadıqları, erməni cəmiyyətində heç bir dəstəklərinin olmaması, nəticədə də gücsüzlükləri səbəbindən hansısa tədbir görə bilmədilər. Əvvəlcə Paşinyana bir saat vaxt verdiyini bəyan edən Baqrat, bunun ardınca yenə də bir gün vaxt verdiyini elan etdiyi halda, heç nə etmədisə, həmçinin də nə erməni baş nazir, nə onun hakimiyyət komandası heç bir reaksiya belə vermədisə, bunu susqunluqla qarşılamaqdan çəkinilmədisə, deməli, bunu görən erməni cəmiyyəti onun nə dərəcədə gücsüz, nə dərəcədə imkansız, eləcə də uğursuz olduğu qənaətində səhv etmədiyinə bir daha əmin oldu. Bununla da Qalstanyanın sonu çatdı və Qarabağ klanının, cinayətkar rejimin əlində bir marionet olduğu bir daha öz təsdiqini tapdı. Çünki şəxsən özünün bir güc, bir qüvvə, bir imkan sahibi olmamasına görə cinayətkar rejimdən asılı və çarəsiz vəziyyətdə qalması bunu təsdiqləmiş sayılır.
Etiraz hərəkatı ildırım sürəti ilə blitskriq rejimində olmadıqda, şans da, uğur da əldən verilir
Müşahidələr təsdiq edir ki, istənilən etiraz hərəkatı yalnız ildırım sürəti ilə blitskriq rejimində hərəkət etdikdə uğur qazanmaq şansına malikdir. Ən azından bunun erməni cəmiyyəti üçün keçərli olduğunu müşahidə etmişik. Bu vaxta qədər Ermənistanda baş verənlərdən görürük ki, hayların siyasi müstəvidə nəyə isə, xüsusən də hakimiyyət dəyişikliyinə nail olmaları üçün sürətli şəkildə hərəkət etmələri gərəkir. Şəxsən Nikol Paşinyanın 2018-ci ilin yazında necə hakimiyyətə gəldiyini də yaxşı xatırlayırıq. Onun məhz 2018-ci il 31 tarixində Gümrüdən İrəvana yürüş etdiyi, həmin il də artıq 23 aprel tarixində Sarkisyanın istefasına nail olduğunu unutmamışıq. Unutmamışıq ki, cəmi üç həftə ərzində həmin dövrün Ermənistan iqtidarı sanki çarəsiz vəziyyətdə qalaraq, istefa verməli olub. Amma onu müşahidə etmişik ki, Qalstanyan sadəcə olaraq, aylarla küçələri gəzməklə məşğul olub və paytaxtda keçirdiyi mitinqlərin də heç bir mənası olmayıb. Çünki nə Paşinyan hökuməti haqqında zərrə qədər də təəssürat yarada bilməyib, nə də kiminsə istefasına nail olmayıb. Əksinə, hər şeyi qarışdırıb, hərəkatın sürətini də itirib, şansını da əldən verib. Belə bir vəziyyətə gəlib çıxdıqdan sonra onun özü də, tərəfdarları da bilirlər ki, bundan sonra Baqrat Qalstanyan kimi tanınan birinin xam xəyalları da reallaşan deyil, onu öyrədərək küçələrə salanların da arzuları reallaşa bilməz. Özünü hərəkatın lideri kimi göstərməyə çalışanın çarəsiz vəziyyəti göz önündədir və belə halı ilə onun hansısa bir iddia ilə çıxış etməsini təsəvvürə belə gətirmək mümkün deyil. Əgər nə zamansa onun yenə küçələrə çıxıb etiraz etdiyini, yaxud da, etirazlara rəhbərlik etdiyini ermənilər görsələr belə ona qətiyyən inanan da deyilllər. Heç özünün də öz fəaliyyətindən, xüsusən də etiraz aksiyaları ilə bağlı addımlarından hansısa gözləntiləri ola bilməz, çünki hər şeyi əldən verdiyini təkzib etmək mümkün deyil. Sadəcə olaraq, Baqrat bir marionet kimi hələ də kimlərinsə əmrlərini yerinə yetirməkdədir deyə küçələrdə görünə bilər, amma bunun da bir sonu çatıb.
Üsyançı keşiş bir oyuncaq, marionet hesab olunmaqla, şərəfsiz sonluqla qarşılaşdı
Diqqətə çatdıraq ki, ən vacib məqam xalqın inamı və dəstəyi hesab olunduğu halda, Baqrat bu dəstəkdən də məhrumdur. Ona hansısa inamın olmadığı da göz önündədir. Belə bir şəraitdə, belə bir vəziyyətdə hansısa hakimiyyət dəyişikliyinə ümud etmək, yaxud, nəyə isə nail olmaq istəyi axmaqlıqdan başqa bir şey deyil. Məhz Qalstanyan kimi birinin axmaqlıq etməsi və nəyə isə ümid etməsi sonda bir şərəfsizlik kimi təzahür edir. Çünki nəticəsiz qalacaq, heç bir ümid belə doğurmayacaq bir hərəkatla xalqı oynatmağın, erməni xalqını aldatmağın elə adı şərəfsizlikdir ki, bunu da arxiyepiskop özünə rəva bilmiş oldu. Bunu da artıq haylar özləri də yaxşı başa düşürlər. Başa düşürlər ki, məhz 2018-ci ildə etiraz hərəkatı cəmiyyətimizin böyük bir hissəsi tərəfindən dəstəkləndi deyə nəticə hasil oldu. Məhz erməni cəmiyyətinin böyük bir hissəsi tərəfindən dəstək özünü bir neçə istiqamətdə göstərmiş oldu. Fəal hərbi qulluqçuların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının da Paşinyanın tərəfinə keçdiyini erməni cəmiyyəti özü də gördü. Gördü ki, haylar Sarkisyana qarşı çıxaraq, Nikol Paşinyanın tərəfində olduqlarını gizlətmədilər. Haylar sonradan nə qədər məğlubiyyət acısını dadsalar da, bu acını onlara erməni baş nazirin yaşatdığını düşünsələr də, yenə də Paşinyanı Koçaryandan, Sarkisyandan üstün hesab etdilər. Amma indi görünən tamamilə fərqlidir. İndi haylar başa düşürlər ki, Qalstanyanın rəhbərlik etdiyi, əslində isə marionet kimi çıxış etdiyi hərəkat tamamilə fərqlidir və onun kimlərinsə oyuncağı olaraq, ortaya atıldığını erməni cəmiyyəti artıq çoxdan bilir. Çoxdan bilir ki, üsyançı keşiş hökumətə gülünc ultimatumlar verməklə özünü ələ saldı, gülünc vəziyyətə də qoydu, üstəlik, yox dərəcəsində olan dəstəkdən də məhrum oldu, özünü də şərəfsiz kimi tanıtdı.
Qalstanyanın Köçəryanla həddindən artıq açıq şəkildə olan əlaqəsi hərəkata çox iyrənc bir mənzərə qatmış oldu. Haylar gördülər ki, üsyançı keşiş onları yenidən Robert Koçaryanın hakimiyyəti altına sürükləmək niyyətindədir və bunu açıq-aşkar şəkildə də göstərir. Amma etiraf edilməlidir ki, ermənilər artıq Robertin hakimiyyətinin yenidən bərpasını qətiyyən istəməzlər. Hadisələr gedişi, Baqratın istəyinə məhəl qoyulmaması göstərdi ki, həqiqətən istəmirlər də. Əgər həqiqətən də haylar yenidən onun istəyinin, niyyətinin arxasınca getmiş olsaydılar, bu, həm də məntiqlizlik olardı. Məgər ermənilər küçə nümayişçisi Nikolun ardınca ona görə düşmüşdülər, ona görə onu hakimiyyətə gətirmişdilər ki, indi də əlindən alıb yenə Sarkisyana, Koçaryana versinlər? Yəni, haylar bilmirdilər ki, üsyançı keşişin rəhbərlik, yaxud da marionetlik etdiyi hərəkat uğur qazansa, ölkənin başçısı məhz Koçaryan kimi cinayətkar olmalıdır? Bilirdilər. Bilirdilər ki, daha hiyləgər və daha qəddar Köçəryanın, eləcə də Sarkisyanın əlində arxiyepiskop sadəcə bir oyuncaq hesab olunur. Ona görə də onun şərəfsizliyini də məhz buna görə elə Ermənistan ictimaiyyəti də tam zamanında başa düşmüş və qəbul etmiş oldu. Məhz buna görə də həmin üsyançı keşiş Baqrat Qalstanyan bir marionet kimi şərəfsiz sonluqla qarşılaşmalı oldu və onun bundan sonra başqa ümidi də ola bilməz. Onun şərəfsiz sonluqla qarşılaşdığının isə hamı şahidi oldu. Hamı şahidi oldu ki, gurultulu şüarlarla başlayan hərəkat heç vaxt yerli, ictimai üsyandan daha geniş ictimai-siyasi prosesə çevrilə, kütləvilik qazana və hansısa vəzifəni, missiyanı yerinə yetirə bilmədi və bir marionet kimi tanınan üsyançı keşiş şərəfsiz sonluqla qarşılaşdı...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB