"Türk dünyasının birləşməsi çox vacibdir" - Siyavuş Novruzov

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə səs verəcəyəm". SİA xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə,Türk dünyasının birləşməsi çox vacibdir: "Bütün dünyanın gözü Orta Asiyadadır. Azərbaycanın bu sahədə rolu böyükdür. Ulu Öndər Heydər Əliyev deyirdi ki, neft məqsəd deyil, neft yoldur. Bu yollardan gələn gəlirlərlə biz birləşməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə