Azərbaycan Silahlı Qüvvələri tərəfindən DARMADAĞIN EDİLƏN MİFLƏR - TƏHLİL

Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi prosesinin necə getdiyini bu il də erməni cəmiyyəti, bütün Ermənistan izləməli, müşahidə etməli oldu. Məhz Azərbaycan Silahlı Qüvvələrinin 106-cı ildönümü ərəfəsində də ölkəmizin üstünlüyünü haylar izləməli oldular və əslində, bununla başa düşməli idilər ki, bundan sonra da izləmək məcburiyyətindədirlər. Çünki Azərbaycan Silahlı Qüvvələrinin çox güclü olduğu və günü-gündən də gücləndiyi göz önündədir.

Ermənilər yaratdıqları miflərin boş, mənasız, puç olduğuna da əmin oldular

Artıq ermənilər yaratdıqları miflərin boş, mənasız, puç olduğuna da əmin oldular. Həmin miflərin puç və mənasız olduğunu da sübut edən məhz Azərbaycan Silahlı Qüvvələri oldu və bunu da haylar çox yaxşı gördülər. Gördülər və başa düşdülər ki, Azərbaycan Silahlı Qüvvələri erməni cəmiyyətində yaradılmış bir çox mifləri ifşa etməyə müvəffəq olmuş qalib ordu statusuna malikdir. Çünki işğalçı ölkənin ordusunun “məğlubedilməzliyi” mifini məhz Azərbaycan Silahlı Qüvvələri darmadağın etdi. Haylar gördülər və tamamilə əmin oldular ki, ölkəmizin silahlı qüvvələrinin qarşısında onların mifləşdirdikləri orduları tamamilə gücsüz və zəifdir. Çünki məhz bizim ordumuzun gücü, qüdrəti qarşısında tab gətirə bilməyən döyüşçülərinin, hərbçilərinin fərari kimi döyüş meydanını qoyub qaçdığının da şahidi oldular. Şahidi oldular ki, Azərbaycanın Silahlı Qüvvələri qarşısında işğalçı ölkənin ordusu qətiyyən dayana bilməz və hazırda rəsmi İrəvanın da, bütövlükdə erməni cəmiyyətinin də müharibə qorxusu məhz bu səbəbdəndir.

Haylara qəhrəmanlığın nə olduğunu, necə olduğunu da Azərbaycan Silahlı Qüvvələri göstərdi

Artıq 106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri ermənilərin illər, onilliklər boyu uydurduğu mifləri dağıtdı. Hələ keçmiş zamand belə erməni döyüşçülərinin Makedoniylı İskəndərin döyüşçülərindən daha döyüşkən kimi qələmə verən, o böyüklüyündə sərkərdənin ordusunu məğlub etdiklərini uyduran hayları da, məhz Azərbaycan Silahlı Qüvvələri susdurdu. Xocalıda bir vaxtlar günahsız qadınlara, uşaqlara, qocalara qarşı etdiyi dəhşətli işgəncələrlə biabırçı şəkildə tanınan, sonra da Ermənistan Respublikasının müdafiə nazirinin müavini təyin edilən Manvel Qriqoryanı dırnqrası “Artsax qəhrəmanı“ hesab edən haylara qəhrəmanlığın nə olduğunu, necə olduğunu da Azərbaycan Silahlı Qüvvələri göstərdi. Göstərdi ki, qəhrəmanlıq hərb meydanında, döyüş meydanında olur və bu zaman ordu öz gücünü əliyalın insanlara, uşaqlara, qadınlara, ixtiyar qocalara deyil, silahlı düşmənə qarşı göstərmək, bununla da öz haqlı mübarizəsində qələbə qazanmaqdır. Erməni hərbçilərinin yeməklərini oğurlayarkən yaxalanan birini “qəhrəman” hesab edənlərə, ona erməni mifalagiyasında “heykəl” qoyanlara başa salındı ki, qəhrəman adı kişilik meydanında, üzbəüz savaş zamanı qazanılır. Bunu haylara məhz Azərbaycan Silahlı Qüvvələri başa saldı. Şuşanın işğaldan azad edilməsi zamanı əlbəyaxa döyüşə qatılan, düşməni nəinki diz çökdürən, qorxuya salan, hətta vahimələndirən Azərbaycan əsgəri, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri haylara əsl mərdlik, igidlik dərsi keçdi. Məhz bu dərs erməni miflərini darmadağın etdi və bunu da bütün dünya müşahidə etdi.

Azərbaycan Silahlı Qüvvələri onların uydurduqları mifləri tarixin zibilliyinə tulladı

Xocalı faciəsini törətdiyinə, əliyalın insanlara, uşaqlara, qadınlara, qocalara qarşı silahlı hücum etdiyinə, onları vəhşicəsinə qətlə yetirdiyinə görə fəxt etdiyini, özünü qəhrəman hesab etdiyini bəyan edən Serj Sarkisyana da dərs verildi, onunla eyni dərəcədə qəhrəman kimi özünü göstərən Robert Koçaryana da. Hər ikisinə göstərildi ki, qəhrəmanlıq necə olur. Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş Köçəryan da, Sarkisyan da, Ohanyan və onlar kimi başqaları da Azərbaycan ordusunun parlaq qələbələrini, bununla da bir çox erməni miflərinin iflasını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan Silahlı Qüvvələri onların uydurduqları mifləri tarixin zibilliyinə tulladı və onları rüsvayçı məğlubiyyətə uğratmaqla uydurduqlarının puç olduğunu bir daha sübut etmiş oldu. Cinayətkarlar şahidi oldular ki, onların uydurduqları, mifləşdirdikləri döyüşçüləri Azərbaycan Ordusunun heç bir əsgəri ilə müqaisə belə edilən deyil. Öz sıralarından 10 mindən artıq fərarinin olduğunu müşahidə edənlər Azərbaycan Ordusundan bircə nəfərin belə fərarilik etmədiyini gördükdə bizim əsgərlərimizlə müqaisə belə edilə bilməyəcəklərinə bir daha əmin oldular. Əmin oldular deyə indi artıq həmin miflərdən dəm vura bilmirlər və bu da məhz elə miflərin darmadağın edilməsi deməkdir.

Hələ də sarsıntıdan çıxa bilmirlər ki, yadlarında uydurduqları miflər düşsün

Göründüyü kimi, Ermənistanın silahlı qüvvələri ilk gündən etibarən məğlubiyyət acısını dadmalı oldular və cəmi 44 gün ərzində bizim əsgərlərimiz qarşısında rüsvayçı məğlubiyyətlətini özləri də gördülər. Gördülər ki, onlar bundan artıq müddət ərzində bizim əsgərlərimizlə qətiyyən döyüşmək iqtidarında deyillər. Belə bir vəziyyət bütövlükdə erməni cəmiyyətini sarsıtdı və haylar hələ də bu sarsıntıdan çıxa bilmirlər ki, yadlarında uydurduqları miflər düşsün. Artıq belə bir qısa müddətdə, cəmi 44 gün ərzində məğlubiyyəti qəbul etmələri, kapitulyasiya sənədinə erməni baş nazirinin imza atmaq məcburiyyətində qalması fonunda Ermənistanın sadə vətəndaşları başa düşdülər ki, onların sevimli miflərini Azərbaycan Silahlı Qüvvələri bu qədər qısa zaman fasiləsində darmadağın etməklə, bu miflərin puç olduğunu sübut etmiş oldu.

Miflərinin darmadağın edildiyini qəbul etmək istəməyənlərin bunu qəbul etməkdən başqa çarələri qalmadı

44 günlük müharibə başa çatdıqdan sonra, Ermənistan çox rüsvayçı məğlubiyyətlə qarşılaşmalı olduqdan sonra, hayların bəzi nümayəndələri yaratdıqları mifləri hələ də förmalaşdırmaq fikri ilə baş qaldırmaq qərarına gəldikləri zaman da dərs almalı oldular. Yeni də Azərbaycan Silahlı Qüvvələri düşməni məhv etdi və bu dəfə cəmi bir sutkadan da az müddət, az zaman fasiləsində düşməni təslim olmağa, qanunsuz silahlı dəstələri silahı qoyub diz çökməyə vadar etdi. Cəmi 23 saatdan bir qədər artıq zaman kəsiyində hayların həmin o miflərinin darmadağın edildiyini qəbul etmək istəməyənlərinin də bunu qəbul etməkdən başqa çarələri qalmadı. Qanunsuz erməni silahlı dəstələri təslim olmaq məcburiyyətində qalmaqla, dırnaqarası məğlubedilməz döyüşçü mifi yaradan haylar bu mifin tamamilə darmadağın edildiyini bir daha görmüş və buna əmin olmuş oldular. Doğrudur, bəzən hayların hansısa qüvvələrinin guya revanşist əhval-ruhiyyədə olduqları barədə Ermənistan tərəfində spekulyasiyalar da olur. Amma, bununla belə haylar özləri də yaxşı bilirlər ki, istənilən halda Silahlı Qüvvələrin Müzaffər Ali Baş Komandanı və ölkəmizin Prezidenti cənab İlham Əliyevin, Cəsur Azərbaycan Əsgərinin, Azərbaycan xalqının həmrəyliyinin qarşısında acizdirlər və onların yaratdıqları miflər artıq çoxdan darmadağın edilib və heç bir işə də yaramır...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə