292 saylı tam orta məktəbdə ərazi partiya təşkilatı təsis edilib - FOTOLAR

26.06.2024- cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Binə Atçılıq massivində yerləşən 292 saylı tam orta məktəbdə ərazi partiya təşkilatı təsis edilib. SİA xəbər verir ki, təsis konfransında çıxış edən məktəbin direktoru Şəhriyar Məmmədov, YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov partiyanın ötən dövr ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan bəhs ediblər. Bildiriblər ki, 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqlik ilə layiqincə yerinə yetirilib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Emin Tahirov ərazi partiya təşkilatının sədri, Ləman Babayev isə sədr müavini seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə