“Dövlətin dayağı, Xalqın qüruru” adlı tədbir keçirilib

İyunun 24-də Azərbaycan Ordusunun yaradılmasının 106 illiyinə həsr edilmiş “Dövlətin dayağı, Xalqın qüruru” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra müasir Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı tarixinə bir daha nəzər yetirmək üçün açılış nitqi ilə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi polkovnik Əzizağa Qənizadə bildirib ki, ordu hər bir dövlətin təhlükəsizliyinin qarantıdır. Hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər: “Azərbaycanın müstəqil dövlətçilik tarixində ən böyük nailiyyətlərdən biri müasir dövrdə artıq çox güclü potensiala malik olan Milli Ordunun yaradılması olub”.

Tədbir bədii hissə ilə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə