İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdəki bölmələri adekvat cavab tədbirləri görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB