"Parlament seçkilərinin erkən tarixdə keçirilməsi labüddür" - Fatma Yıldırım
"Ərazi bütövlüyü və suverenliyimizin bərpa edilməsi yeni tarixi dövr yazdı". SİA xəbər verir ki, bu sözləri deputat Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, yeni dövrün başlanğıcının olması və Prezident seçkilərinin keçirilməsi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etdi: "Prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrə uyğun parlament seçkilərinin keçirilməsi vacibdir. Seçkilər bütün ölkə ərazisini əhatə etməklə əlamətdar sayılacaq. Azərbaycanda parlament seçkiləri 2024-cu ilin noyabrında keçirilməli idi. Lakin dövlətimizin növbəti uğuru olan mötəbər COP29 tədbiri keçiriləcək. Azərbaycan bu tədbirə yaxşı hazırlaşır. Belə bir vaxtda parlament seçkilərinin erkən tarixdə keçirilməsi labüddür. COP29 kimi tədbirin keçirildiyi vaxtda seçkilərin keçirilməsi çətin olardı. Seçkilərin vaxtından əvvəl keçirilməsi də beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə kömək olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB