"Növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü tamamilə qanunamüvafiqdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü tamamilə qanunamüvafiqdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə cənab Prezidentimiz İlham Əliyevə müraciət etmələri gerçəklikdən doğur". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, mən bu təşəbbüsü tamamilə müdafiə edirəm: "Dövlət suverenliyi cənab Prezidentimiz İlham Əliyevin liderliyi altında bütün ölkə ərazisində təmin edilib. Artıq Prezident seçkiləri keçirilib və seçicilər bütün ölkə ərazisində səs veriblər. Növbədənkənar parlament seçkilərində də seçicilər bütün ölkə ərazisində səs verə biləcəklər. İkinci ən vacib məsələ ondan ibarətdir ki, noyabrın əvvəlində parlament seçkilərinin keçirilməsi ilə eyni anda COP29 kimi böyük bir beynəlxalq toplantının keçirilməsi təşkilati baxımdan çətindir. Az qala bütün dünya COP29-la əlaqədar olaraq Azərbaycana gələcək. Belə bir şəraitdə iki böyük toplantının, seçkinin keçirilməsi çətinliklər yaradır. Növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü tamamilə qanunamüvafiqdir.

Artıq noyabr ayında parlament tam şəkildə formalaşacaq. İndiyədək cənab Prezidentimiz İlham Əliyevin qəbul etdiyi bütün qərarlar strateji və taktiki baxımdan həmişə dövlət və milli maraqlarımızın ən üst səviyyədə təmin edilməsinə yönəlib və millətimiz yalnız bu qərarlardan fayda görüb. Növbədənkənar parlament seçkiləri təyin edilməsi cənab Prezidentimizin müstəsna hüququdur, konstitusiyaya tamamilə uyğundur, yaranmış gerçək vəziyyətdən doğur, ölkəmiz və millətimiz üçün xeyirli, uğurlu olacağına inanıram".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə