Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılmasını gündəmə gətirməyin vaxtıdır

"Mövcud şəraitdə türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtı çatıb, bu barədə ciddi düşünməliyik". SİA xəbər verir ki, bu sözləri Qırğız Respublikasının Azərbaycanda səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat Osmonaliyev deyib.

Onun sözlərinə görə, Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin dərin strateji tərəfdaşlıq formatında olduğunu qeyd edən qırğız diplomat ölkəmizdə təmsilçiliyinin müddətinin başa çatıb: "Azərbaycanı və onun qonaqpərvər insanlarını hər zaman ehtiramla xatırlayacam.

Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

“Düşünürəm ki, bugünkü konfrans gələn ayın 5-6-da Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində baş verir və əslində onun müqəddiməsidir”, - deyə o diqqətə çatdırıb.

Köhnə dünya nizamının dağıldığını və yenisinin formalaşdığını qeyd edən K.Osmonaliyev bu prosesin mürəkkəb olmaqla bərabər, qlobal sülh və təhlükəsizlik üçün təhlükəli olduğunu bildirib.

Onun sözlərinə görə, münaqişələr, müharibələr həmçinin beynəlxalq sanksiyaların hibrid müharibə forması kimi istifadə edilməsi regionumuza birbaşa təsir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə