“Qərb dairələri ancaq özlərinə sərf edən məqamda səslərini qaldırırlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Bu gün Ermənistanda baş verənlərin 1%-i belə Azərbaycanda olsaydı, Qərbin müəyyən dairələri artıq öz hay-küyləri, anti-Azərbaycan bəyanatları ilə dünya gündəmini zəbt etmişdilər. Ermənistanda polis vətəndaşlara qarşı zorakılıq tətbiq edir, jurnalistlər döyülür, deputatlar şiddətə məruz qalır. Amma nədənsə Avropa Parlamenti, İnsan Hüquqları üzrə beynəlxalq təşkilatlar susur. Yəqinki müəyyən dövrdən sonra reytinq cədvəlində demokratiya və insan hüquqlarının qorunması istiqamətində Ermənistan öncül yerlərdən birini tutacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat sözlərinə davam edərək bildirib ki, ölkələrə qarşı ikili standartlar bu məsələdə də özünü göstərir: “Qərbin müəyyən dairələri ancaq özlərinə sərf edən məqamda, hansısa ölkəni təsir altına almaq istədikdə səslərini qaldırırlar. Belə hallarda isə sanki heç bir hadisə baş verməmiş kimi susurlar. Bu, onu göstərir ki, demokratiya və insan hüquqları aləti Qərbin müəyyən mərkəzləri üçün sadəcə digər ölkələrin öz siyasətinə zorla uyğunlaşdırmaq istədikdə baş verir. Hesab edirəm ki, bu cür yanaşma doğru deyil. Demokratiya və insan hüquqlarının qorunması birmənalı olmalıdır. Bu məsələdə ikili standart yolverilməzdir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB