Rasional siyasətinə görə Azərbaycan mənfi təsirlərə daha az həssasdır - Fərid Şəfiyev

Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar aparır və ümumilikdə sülh prosesi yaxşı istiqamətdə gedir. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Romada keçirilən “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələr: enerji təhlükəsizliyi və xarici siyasət” adlı tədbirdə deyib.

Dünyadakı mövcud geosiyasi vəziyyətdən danışan Fərid Şəfiyev bildirib ki, Ukrayna və Yaxın Şərqdəki böhranlardan qaynaqlanan təlatümlər istər birbaşa, istərsə də dolayısı ilə beynəlxalq münasibətlər sisteminə təsir edir və bunlar Cənubi Qafqazdan da yan keçməyib.

“Lakin yaxşı işlənmiş iqtisadi gündəliyi və rasional siyasətinə görə Azərbaycan mənfi təsirlərə daha az həssasdır”, - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə