"28 May Müstəqillik Günü" mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında 24.05.2024- cü il tarixində rayonunun ictimai- siyasi həyatında fəal iştirak edən Ərazi Partiya Təşkilat sədrlərinin iştirakı ilə “28 May Müstəqillik Günü” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından,Türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmasından və şanlı tarix Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Qanunla Müstəqillik Günü kimi qəbul edilməsindən söhbət açıb.

Daha sonra 125 saylı tam orta məktəbin direktoru Zeynəb Əliyeva, 156 saylı tam orta məktəbin müəllimi Mənzər Ağabəyova, fəal gənc Əli Bədəlov diqqətə çatdırıblar ki, Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq olub.

Dəyirmi masa diskussiya şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə