"AXCP Azərbaycanın siyasi mühitində dağıdıcı mövqedə qalmaqda davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"AXCP Azərbaycanın siyasi mühitində dağıdıcı mövqedə qalmaqda davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"AXCP təəssüf ki, Azərbaycanın siyasi mühitində dağıdıcı mövqedə qalmaqda davam edir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, burada iki vacib nüans var: "Birinci, müasir, siyasi vizyona ayaq uydura bilməmələri, ikincisi onların keçmiş tarixi ənənələrində həmişə ümumi siyasi təbiətə zərbə vurmaq kimi təcrübələri dayanır. İndiki məqamda Azərbaycanla bağlı hər hansı fikri səsləndirəndə mütləq şəkildə ehtiyatlı olmaq lazımdır. Bu ehtiyatlılıq onunla əlaqədardır ki, Vətən müharibəsinin nəticələri ortadadır, Azərbaycanın dünyadakı imici var. Eləcə də iqlim əməkdaşlığı sazişini, COP29-un Azərbaycanda keçirilməsi kimi müstəsna dünya tədbiri var.

Yəni bütün bunlar kontekstində üçüncü məsələ Azərbaycanın digər siyasi partiyalarının, təşkilatlarının daxil olduğu, fəaliyyət göstərdiyi siyasi təşkilatlar sistemindən kənarda dayanmaq həmişə dağıdıcı baxışlarını göstərməkdir. Ona görə hesab edirəm ki, indiki məqamda o partiyadan başqa fəaliyyət göstərən digər partiyaların mövqeləri kifayət qədər imkan verir ki, müxalif adına iddia edib müxalifət kimi fəaliyyət göstərənlər əslində dinamikası, baxışları nə cür olmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə