"Hər iki etiraz birbaşa hakimiyyətin dəyişməsinə hesablanıb" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan və Gürcüstanda davam edən etiraz aksiyaları hər iki tərəfdə Rusiya və Qərb toqquşmasıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistanda da bu, açıq-aydın görünür: "Gürcüstanda isə hakimiyyət Rusiya ilə də məsafə saxlayır. Amma burada da Gürcüstan hakimiyyətinin atdığı addımlarda da müəyyən suallar var. Rusiya ilə də yaxınlaşma siyasəti var. Bütövlükdə götürdükdə isə hər iki etiraz geopolitikanın tərkib hissəsidir və hər iki etiraz da birbaşa iki dövlətdə hakimiyyətin dəyişməsinə, yeni qüvvələrin gəlməsinə hesablanır.

Gürcüstanda Qərb çalışır ki, indiki hakimiyyəti devirsin, müxalifət hakimiyyətə gəlsin. Ermənistanda isə Rusiya çalışır ki, Qərbpərəst hakimiyyəti devirsin, burada da müxalifət hakimiyyətə gəlsin. İndiki mərhələdə proseslər böhranlıdır. Hesab edirəm ki, oxşar cəhətləri də hər iki dövlətdə etiraz olmasıdır. Sadəcə olaraq geopolitikaya qarşı durmalıdır və hakimiyyətin dəyişməsinə hesablanıb".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə