Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rahib Mirzəyev dəfn edilib

Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rahib Mirzəyev dəfn edilib

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rahib Ağaseyid oğlu Mirzəyevin Şabran şəhərində keçirilən vida mərasimi başa çatıb. SİA-nın məlumatına görə, şəhidin nəşi Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şabran rayonunun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə