Türkiyə nümayəndə heyəti Şəhidlər xiyabanı və “Türk şəhidliyi”ni ziyarət edib - YENİLƏNİB - FOTOLAR

Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb. Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Mahmut Özer "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə