“Azərbaycan və Belarus birlikdə hələ çox uğurlar əldə edəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan və Belarus birlikdə hələ çox uğurlar əldə edəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərinə gəlməsi önəmli bir hadisədir. Xüsusilə də Azərbaycanda keçirilən kənd təsərrüfatı sərgisində iştirak etməsi, Azərbaycan-Belarus münasibətlərinin inkişafı üçün töhfə verməyə hazır olduqları mövqeyini bir daha dilə gətirmələri və dövlət başçısı İlham Əliyev ilə birlikdə təkbətək, eyni zamanda geniş tərkibdə görüşlərin keçirilməsi iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunun bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bugünədək Azərbaycan və Belarus arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün hazırkı potensialın böyüklüyünün dilə gətirilməsi onu deməyə əsas verir ki, biz hələ çox böyük uğurlar əldə edə bilərik: “Torpaqlarımızın işğaldan azad edilməsindən öncə Belarus Prezidenti tərəfindən Azərbaycana hərtərəfli siyasi və mənəvi dəstək nümayiş etdirilməsini, müəyyən platformalarda haqlı mübarizəmizin müdafiə edilməsini unutmamışıq. Bu gün də Aleksandr Lukaşenkp tərəfindən işğaldan azad olunmuş torpaqlarda Belarus şirkətlərinin aktiv iştirak etmək niyyətinin ortaya qoyulması müsbət bir haldır”.

“Düşünürəm ki, yaxın dövrdə Belarus şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə kənd təsərrüfatının inkişafı istiqamətində aparılan layihələrdə iştirakına şahidlik edəcəyik. Nəticə etibarilə qarşılıqlı əməkdaşlıq perspektivləri daha da inkişaf etdiriləcək. Azərbaycan və Belarus xalqlarının qardaşlıq münasibətlərinin həmişə yüksək səviyyədə olmasına şahidlik edəcəyik”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə