"Azərbaycan özünün ən şanlı tarixlərindən birini yaşayır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan özünün ən şanlı tarixlərindən birini yaşayır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan özünün ən şanlı tarixlərindən birini yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Deputat sözlərinə belə davam edib: “Torpaqlarımız işğaldan azad ediləndən və bütün ərazi üzrə suverenliyimiz bərpa edildikdən sonra işğaldan azad edilən ərazilərin kommunikasiyasının yenilənməsi, yeni yaşayış məntəqələrinin tikilməsi nəticəsində ilk məcburi köçkün ailələri öz dədə-baba torpaqlarına geri qayıdırlar. Artıq Şuşaya ilk yerli insanların qayıtması baş tutdu. Cənab Prezident çıxışlarında dəfələrlə bildirir ki, ilin axırına qədər 27 yaşayış məntəqəsində 20 minə qədər insan öz dədə-baba torpağına qayıdacaq. Bu böyük tarixi bir hadisədir.

Azərbaycan öz müstəqilliyini və suverenliyini bu proseslərdə də parlaq şəkildə göstərə bildi. Baxmayaraq ki üstümüzə basqılar çox idi, baxmayaraq ki işğalçı Ermənistanı dəstəkləyənlər, işğal altında olan torpaqların Ermənistanda qalmasına çalışan xarici qüvvələr var idi. Amma Azərbaycan qalib gəldi. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna bağlı olduğuna görə, cənab Prezidentimizin daxili və xarici siyasətini dəstəklədiyinə görə qalib gəldi. Bu qalibiyyət özünü bütün sahələrdə, o cümlədən işğaldan azad olunan ərazilərimizdə həyatın canlanması ilə gündəmdədir və bu uğurlarımızın ildən-ilə çox olacağı gözlənilir.

Bu günlərdə Şuşada keçirilən "Xarıbülbül" festivalı Azərbaycanın dünya birliyində yüksək nüfuzundan xəbər verdi. ICESCO-nun rəhbərliyinin ayrı-ayrı ölkələrin musiqi mədəniyyət nümayəndələrinin və kollektivlərinin festivalda iştirakı Azərbaycana böyük məhəbbətin göstəricisi oldu. Təsadüfi deyil ki, Bakı və Naxçıvandan sonra artıq Şuşa İslam mədəniyyət paytaxtı elan olunur. Bu ada layiq olduğunu Şuşa günbəgün sübut edir. Azərbaycan özünün qalibiyyətini, özünün güclü dövlətçiliyini bütün sahələrdə o cümlədən Qarabağa qayıdış sahəsində də müntəzəm olaraq göstərməkdədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə