"COP29 Azərbaycanın dünyada nüfuzunun göstəricisi sayıla bilər" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"COP29 Azərbaycanın dünyada nüfuzunun göstəricisi sayıla bilər" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"COP29-un ölkəmizdə keçirilməsinin olduqca böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bu, dünyanın iqlim dəyişikliyi ilə bağlı keçirilən ən mötəbər toplantısıdır: "Bu toplantılarda dünyanın əksər ölkələrinin hökumət başçıları iştirak edirlər. Bu tədbir həm ölkənin tanıdılması baxımından, həm də ölkənin dünya siyasətində yerinin müəyyənləşməsi, həm də gələcək nəsillər üçün daha təmiz dünyanın saxlanmasına görə əhəmiyyətli tədbirdir. Nəzərə alsaq ki, COP29-da təxminən 70-80 min xaricdən dövlət, hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, elm adamları, mütəxəssislərin gələcəyini nəzərə alsaq, olduqca böyük tədbirdir.

COP29 Azərbaycanın həm də dünyada nüfuzunun göstəricisi sayıla bilər. Bu nüfuzu artırmaq üçün növbəti imkan olduğu kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, Azərbaycan bu günə qədər müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Həm beynəlxalq formula yarışlarının ölkəmizdə keçirilməsi, beynəlxalq humanitar forumun keçirilməsi, illik Nizami Gəncəvi beynəlxalq təşkilatının təşkilatçılığı ilə keçmiş dövlət, hökumət başçıları, aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi tədbirlərin keçirilməsi də ölkəmiz üçün və onun nüfuzuna müsbət təsir edən amillərdəndir. Bu cür tədbirlər Azərbaycanın dünyada yerinin və rolunun düzlənməsi mənasına gələn hadisədir. Bu cür də qəbul edilməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə