“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Şuşada Cıdır düzündə keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına ICESCO-ya üzv ölkələr də qatılıb. SİA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən budəfəki festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilir.

Belə ki, builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə