"Heydər Əliyev Fondu siyasi araşdırmaların aparıldığı mərkəzə çevrilməlidir" - Həsən Quliyev

"Ümummilli Lider Heydər Əliyev ölkəni dinc inkişaf yoluna salmışdır". SİA xəbər verir ki, bu sözləri deputat Həsən Quliyev deyib.

Onun sözlərinə görə, "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin təşəbbüsü idi: "Çox əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan Fond 20 yaşını qeyd edir. Ölkənin elm, təhsil, idman, mədəniyət və sair bütün sahələrində Fond fəaliyyət göstərir, mədəniyyətimizin təbliğ edilməsində böyük işlər görür. Fond siyasi araşdırmaların aparıldığı mərkəzə çevrilməlidir. Fondun bu günkü potensialı bunu keçirməyə imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə