“Prezident bir sıra məsələlərin həllinə dair öz mövqeyini ortaya qoydu“ - ŞƏRH EDİLDİ

“Artıq neçənci dəfədir ki, Azərbaycan paytaxtında Mədəniyyətlərarası dialoq forumu keçirir. İldən-ilə bu foruma maraq göstərən ölkələrin, ayrı-ayrı dövlətlərin, görkəmli dövlət xadimləri və ekspertlərin marağı artır. Söhbət təkcə incəsənət sahəsi deyil, ümumilikdə bəşəriyyətin problemlərinin həllinə dair fikirlərin bir araya gəlməsindən gedir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycan sözügedən fikirlərin müqayisə edilməsi, həmin problemlərin həlli ilə bağlı ortaya ümumi bir rəyin qoyulması üçün ideal şərait yaradır: “Azərbaycanın özünün bu sahədə böyük bir təcrübəsi var. Azərbaycanın müxtəlif mədəniyyətlərə diqqət və qayğı ilə yanaşması, ölkəsində yaşayan müxtəlif xalqların mədəni irsinin qorunması üçün şərait yaratması ortada olan ciddi məsələlərdən biri hesab olunur.

Bu gün dünya təəssüf ki, çox ciddi böhranlar yaşayır. Ənənəvi şimal-cənub qarşıdurması, varlı-kasıb ölkələr dillemasından başqa ortaya vaxtaşırı bəşəriyyəti bürüyən yoluxucu xəstəliklər, iri dövlətlər arasındakı qarşıdurma, tolerantlığın müxtəlif ölkələrdə yoxa çıxması kimi ciddi problemlər durur. Azərbaycanda keçirilən Mədəniyyətlərarası dialoq forumu bu məsələlərin həllinə dair çox ciddi müzakirələr həyata keçirdi.

Dövlət başçısı forumdakı çıxışı zamanı Azərbaycan təcrübəsinin ortaya qoyulmasında, Azərbaycanı 30 ilə qədər ciddi problem yaradan işğaldan bitirdikdən sonra Ermənistanla sülhün əldə edilməsi üçün atdığı addımlardan danışdı. Eyni zamanda Azərbaycan Prezidenti bir sıra məsələlərin həllinə dair öz mövqeyini ortaya qoydu. Hesab edirəm ki, forumun nəticələri dünya problemlərinin həllində ciddi rol oynamağı bacarır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə