"Ümummilli lider 101 illiyi"nə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı 6 may 2024-cü il tarixində rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi”nə həsr olunmuş dəyirmi masa keçirib. SİA xəbər verir ki, tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxışında bənzərsiz ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyat yolu örnək olan ulu öndər Heydər Əliyev dünyanın ən qüdrətli simalarından biri kimi hər bir azərbaycanlının qəlbində əbədi iz bu­raxdığını və Azərbaycan xalqının taleyinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuş tarixi şəxsiyyət olduğunu vurğulayıb.

Daha sonra Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılar Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini və gündən-günə mo­dernləşən Azərbaycan Respublikası bu il 101 illiyini böyük ehtiramla qeyd etdiyi­miz Ulu öndərin işıqlı xatirəsinə ən böyük töhfə olduğunu diqqətə çatdırmışlar.

Dəyirmi masa diskussiya şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə