Səfirlikdən Azərbaycan vətəndaşlarına müraciət

ABŞ-dakı səfirliyimiz Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, mayın 8-də səfirlik ABŞ-nin Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil edəcək: “Müraciət etmək üçün consul@azembassy.usünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”.

Bütün xəbərlər Facebook səhifəmizdə