Ermənistan sərhəd qoşunlarını delimitasiya olunmuş ərazilərə yerləşdirəcək

Ermənistan sərhəd qoşunlarını delimitasiya olunmuş ərazilərə yerləşdirəcək

...Ermənistan hakimiyyəti sərhəd qoşunlarını delimitasiya olunmuş ərazilərə yerləşdirməyə hazırlaşır.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Azərbaycanla razılaşmalara uyğun tədbirlər görüləcək.

Sərhədçilər sərhədlərdə təhlükəsizliyi təmin edəcəklər. Bununla belə, orada Müdafiə Nazirliyi postlarının yerləşdirilməsi planlaşdırılmır.

Bunu da erməni baş nazir əlavə edib.

Xatırladaq ki, sərhədin delimitasiyası prosesinin başlanması aprelin 22-də elan edilib.

Bakı və İrəvan sərhədin ayrıca hissəsinin delimitasiyası barədə razılığa gəliblər.

İrəvan 1990-cı illərə qədər Azərbaycan SSR-in tərkibində olan Tavuş vilayətinin dörd kəndinin Bakıya verilməsinə razılıq verib.

Bunun fonunda Ermənistanda etirazlar başlayıb - Tavuş vilayətinin sakinləri çadır şəhərciyi qurub, sərhəd yollarını bağlayıblar.

Qeyd edək ki, tərəflər mayın 15-dək protokolu imzalamalıdırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə