UNESCO rəsmisindən çağırış

Bu gün Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda plenar sessiya keçirilir. SİA xəbər verir ki, plenar sessiyada çıxış edən UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos dünya liderlərini və qlobal təşkilatları qlobal problemlərin həlli üçün birləşməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə