“Radikal ermənilərin iddialarını ələ almış məhkəmə və fakt yoxdur” - SƏFİR

“Ermənilər 1915-ci il tarixində Osmanlı imperiyasını daxildən vurmağa başladıqdan sonra Osmanlı imperiyası hücumların dayandırılmasını istəyib. Bundan nəticə alınmadığı təqdirdə onlara qarşı tədbirlər görülmüş, bəzi erməni rəhbərləri işlərindən uzaqlaşdırılaraq əlaqə kəsilmişdir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki, ermənilər Osmanlıya aid olan ərazilərə göndərilmiş, qaçqın vəziyyətinə salınmamışdır: “Ermənilərin qondarma soyqrımı tarixi və fakt baxımdan heç bir həqiqəti əks etdirmir. Radikal ermənilərin iddialarını ələ almış məhkəmə və fakt yoxdur. Bu baxımdan tarixçilərin üzərinə burada mühüm vəzifə düşür, bütün dünyaya həqiqətləri göstərməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə