Ədliyyə naziri yeni kadrlarla bağlı əmr imzalayıb

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Həsənova nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl, Ə.Həsənov Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə