"Yaşıl dünya naminə həmrəylik ili" FOTOLAR

Kürdəmir rayonunda 17 aprel 2024 cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub. Kürdəmir şəhərinin Bayraq Meydanına gedən yolun kənarında aksiya zamanı 100 nəfərin iştirakı ilə 100 ədəd şam ağacı əkilib.

Aksiyada YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər. Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə