Paşinyan Azərbaycanla sərhəd bölgəsinə yenidən səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ilə sərhəd zonasına – Tavuş vilayətinin Voskepar kəndinə n səfər edib. Bu, Paşinyanın cari ildə Tavuşa ikinci səfəridir. SİA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyan yenidən kənd camaatı ilə görüşəcək.

Qeyd edək ki, əvvəlki görüşdə qalmaqal yaranıb. Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi məsələsi müzakirə olunarkən kənd sakinləri öz narazılıqlarını bildiriblər. Paşinyan isə deyib ki, bu kəndlər geri qaytarılmalıdır, əks-halda müharibə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə