“Azərbaycan ilkə imza atdı” - MÖVQE BİLDİRİLDİ

“Bu gün ölkəmizdə Böyük Qayıdış layihəsi ilə bağlı çox ciddi işlər görülür. Ağalı, Cəbrayıl, Şuşa, Ağdam, Laçında mühüm bərpa və quruculuq işləri həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, artıq bir neçə il ərzində 150 minə yaxın əhalinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi planlaşdırılır: “Torpaqlarımız işğaldan azad olunduqdan heç kim bərpa işlərinin bu qədər sürətli şəkildə baş tutacağını gözləmirdi. Çünki dünya təcrübəsində də demək olar ki, belə bir məqam yoxdur. Çünki müharibədən çıxan dövlət qalib olsa belə, yenidən ayağa qalxması və ərazisini abadlaşdırması uzun zaman tələb edib. Azərbaycan isə bir ilkə imza atdı. Belə ki, qısa zaman kəsiyində 30 il düşmən tapdağında qalan, viran qoyulan ərazilərimiz abad torpaqlara çevrildi, yaşayış üçün münbit şərait yaradıldı. Bütün bu işlər isə məhz Azərbaycanın öz gücü hesabına həyata keçirilir. Bu da təbii olaraq dövlətimizin gücü və qüdrətinin göstəricisidir. Azərbaycan qarşıya qoyduğu məqsədlərinə ən qısa zamanda çatmaq üçün bütün gücü ilə çalışır. Qarşıdakı zamanda işğaldan azad edilmiş digər ərazilərə də köç prosesi həyata keçiriləcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə