"Siyasi partiyaların maliyyələşdirilməsi demokratik idarəetmənin mühüm aspektidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Siyasi partiyaların maliyyələşdirilməsi demokratik idarəetmənin mühüm aspektidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əməkhaqqı məsələlərini qiymətləndirərkən siyasi partiyalar haqqında qanundan çıxış etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, siyasi partiyaların maliyyələşdirilməsi demokratik idarəetmənin mühüm aspektidir: "Bu dünyanın bir çox ölkələrində də var. Azərbaycanda belə olması üstünlükverici faktordur. Siyasi partiyaların maliyyələşdirilməsi onların siyasi proseslərdə iştirak etməsini də stimullaşdırır, lazımi resurslara malik olmaq məsələsini ortaya çıxarır. Bununla belə başqa vacib məsələ odur ki, siyasi partiyaların maliyyələşdirilməsi nəhəng korporativ kompaniya ianələri, hansısa məlum olmayan resursların, xüsusi maraq qruplarının siyasətə təsiri mexanizmi dünyada geniş yayılıb. Amma Azərbaycanda şübhə yoxdur ki, bilavasitə siyasi partiyalar qeydiyyata alınıb. Onların dövlət tərəfindən maliyyələşdirilməsi prosesi həyata keçirilir. Dövlət siyasi partiyalar siyasətini stimullaşdırır. Bu yekunda şəffaf və hesabatlı siyasi maliyyə sistemlərinin də ortaya çıxmasına səbəb olur.

"Parlament partiyaları xərclərin neçə faizini əmək haqqına ayırır?" baxışında da görə bilərik ki, YAP əmək haqqı fondunun 57%-ni əmək haqqı xərclərinə ayırıb. Bu həm də Yeni Azərbaycan Partiyasının siyasi institut kimi işlək mexanizmlərə böyük, Respublika səviyyəsində komandaya malik olmasının göstəricisidir".

Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların qiymətləndirilməsində seçki növü də önəmli rol oynayır: "Azərbaycanda tətbiq olunan majoritar və proporsional seçki qaydaları üzrə siyasi partiyalar xətti ilə seçkidə iştirak etmək deyil, daha çox fərdi qaydada namizədlərin seçkidə iştirakı əsasında, yəni majoritar qaydada həyata keçirilir. Proporsional qaydada həyata keçirilən seçki sistemində daha önə çıxmış partiya maliyyə sistemi görünə bilər. Bu minvalla qiymətləndiriləndə prosesə yenidən baxmaq lazımdır.

Partiyaların maliyyələşdirilməsində partiyaların öncə parlament partiyası olub sonra maliyyələşdirilməsi məsələsi üzərində həyata keçirilir. Bəlkə, bu sistemi dəyişmək də olar. Partiyalarla bağlı, ümumiyyətlə, qanunvericilik yenilənib deyə, onların bundan sonrakı seçki performansına görə maliyyələşdirilməsi yanaşmasını da tətbiq etmək mümkündür".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə