Kərim Vəliyev MDB Baş Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib - FOTOLAR

Kərim Vəliyev MDB Baş Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Moskvada keçirilən MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan MN-dən bildirilib.

Tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə