“Fransa imperialist maraqlarından geri çəkilməlidir” - ŞƏRH EDİLDİ

“Fransa imperialist maraqlarından geri çəkilməlidir” - ŞƏRH EDİLDİ

“Fransanın Azərbaycana qarşı beynəlxalq hüquqa zidd siyasəti davam edir. Fransa xarici işlər nazirinin ABŞ dövlət katibi ilə keçirdiyi mətbuat konfransında da çox ciddi əsassız ittihamlar irəli sürdü. Bu onu göstərir ki, Fransa konkret olaraq Cənubi Qafqazda sülh istəmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Fransa öz müstəmləkəçilik siyasətini Fransada da həyata keçirməyə çalışır: “Təbii olaraq bu siyasətini də Ermənistan üzərindən yeridir. Bu mənada Ermənistanı Azərbaycanla ikitərəfli danışıqlardan yayındırır və sülhə ciddi mane olur.

Fransa artıq öz imperialist maraqlarından geri çəkilməli, xalqların təməl hüquqlarına əməl etməlidir. Bu gün Fransanın imperiyası altında bir çox xalqlar öz təməl hüquqlarından məhrumdur. Azərbaycan Fransaya imkan verməyəcək ki, eyni siyasəti Cənubi Qafqazda da həyata keçirsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə