“Əgər kadr problemlərin düzgün çıxış yolunu tapırsa…” - DEPUTAT DANIŞDI

“Əgər kadr problemlərin düzgün çıxış yolunu tapırsa…” - DEPUTAT DANIŞDI

“Kadrların vəzifələrə təyin edilməsi və azad olunması Prezident İlham Əliyevin müstəsna səlahiyyətindədir, müzakirə olunmur. İndiyədək təyin olunan kadrların peşəkarlığı, vətəndaşlarla çalışması, tapşırılan işi vicdanla icra etməyə səy göstərmələri məlumdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

“Xüsusilə, işğaldan azad edilmiş ərazilərə dövlət başçısının nümayəndələrinin təyin edilməsi uğurludur. Məlum olduğu kimi, kadrlar hər şeyi həll edir. Əgər kadr ona tapşırılan sahənin mövcud vəziyyətinə, problemlərinə hakimdirsə, bu problemlərdən düzgün çıxış yolları taparaq müəyyən addımlar atırsa, həmin sahə inkişaf edir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə