İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini əvvəlki qaydada davam etdirir - RƏSMİ

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini əvvəlki qaydada davam etdirir - RƏSMİ

İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib. Bu barədə SİA-ya diplomatik missiyadan məlumat verilib.

"Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir",- məlumatda vurğulanıb.

Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.

Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə