65 saylı Dairə Seçki Komissiyasına YENİ SƏDR

65 saylı Dairə Seçki Komissiyasına YENİ SƏDR

Qəhrəman Cəbrayılov 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədri təyin edilib. SİA-nın məlumatına görə, o, bu təyinatadək adıçəkilən komissiyanın üzvü olub.

Qeyd edək ki, Cəbrayılov Qəhrəman Bahadur oğlu 1982-ci ildə Salyan şəhərində anadan olub. O, 16 il DSK-da təmsil olunub.

Xatırladaq ki, bundan öncə 65 saylı DSK-nın sədri Kərimov Səlamət Musa oğlu idi.

Bütün xəbərlər Facebook səhifəmizdə