"Makron Fransa tarixində ən bərbad prezident olduğunu göstərdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın torpaqlarını azad etməsi və suverenliyini bərpa etməsi bəlkə də ermənidən çox Fransanı narahat edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, onların prezidenti Emmanuel Makron əvvəldən Fransa tarixində ən bərbad prezident olduğunu göstərirdi: "Oradakı ermənilərə xüsusi sevgisi, qayğı və diqqəti özünün şəxsi maraqlarına söykənir. Onun üçün də buna söykənən addımlar atır. Xüsusən də, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, uğurlu siyasəti və Makronun gözünün içinə baxaraq onu ifşa etməsi Fransanın çox uğursuz Cənubi Qafqaz siyasəti, Azərbaycan əraziləri ilə bağlı olan fikirləri və sair onu daha da narahat etməyə başladı. O, qarşısında dünya səviyyəsində güclü lider gördü. Bir müddət sonra fərqində oldu ki, bütün addımlarda İlham Əliyevə məğlub olur. İlham Əliyevə məğlub olması onu daha da narahat etdi və hətta beynəlxalq hüquqdan kənar, heç nəyə sığmayan fikirlər, bəyanatlar verməyə başladı. İndi də ona yaxın Fransa mediası az qala Makronun bu uğursuzluqlarını Roma papasında, digər yerlərdə axtarmağa başlayır.

Hətta belə getsə, düşünürük ki, Fransa mediası və Makronun ətrafı Makronun günahlarını digər tərəflərdə də axtarmağa başlayacaq. Sözün əsl mənasında bu siyasətlə Fransa özünü çox gülünc vəziyyətə qoyub. Düşünürük ki, Cənubi Qafqaza, özündən 1000 km uzağa hər hansı bir müdaxilə addım atmaqdansa, Fransa prezidenti daxildəki problemləri həll etməyə çalışsın. Onun prezidentlik dövrü Fransada ən uğursuz dövr adlanır. Hələ də Fransada "Sarı jiletlilər"in və digər həmkarlar təşkilatlarının iğtişaşları dayanmır. Sosial narazılıq yüksək həddədir. Qarşıdakı olimpiadaqabağı Fransa işlərin yarısından çoxunu görə bilməyib. Bütün bunlar onu deməyə əsas verir ki, Fransa bu addımları, əsasən də, prezident Makronun belə siyasəti ilə Vatikanı, ABŞ və digərlərini günahkar saymaqdansa, özünün siyasətindəki boşluqlara baxsın. Beynəlxalq hüquqa hörmət etsin, prinsiplərini əldə rəhbər tutsun, digər ölkələrin daxili işlərinə qarışmaq siyasətindən əl çəksin".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə