““3+3” formatı regional əməkdaşlığın ən yaxşı formatlarından biridir. Bu formatı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan irəli sürüb. Regionun inkişafını, birgə ortaq layihələrinin keçirilməsini özündə ehtiva edən bir formatdır. Hesab edirəm ki, “3+3” formatı həm regional sülhə töhfə verir, həm də əlaqələrin daha da inkişafı və koordinasiya olunmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, müxtəlif səbəblərdən bu formatın ilk dövrlərdə işləkliyinə bəzi ölkələr əngəl yaratmağa çalışırdı: “Amma regionun böyük güclərinin çox ciddi iradəsi mövcuddur və məhz bu iradə “3+3” formatını işlək və lazımlı bir format halına gətirir. Eyni zamanda görüşdə bütövlükdə Avrasiya məkanı üçün yeniliklərin razılaşdırılması nəzərdə tutulur. Bu həmçinin dünya qərbyönümlü siyasət fikrini də dəyişdirmiş olacaq. Bununla belə “3+3” digər regionlarda da ortaq siyasi-iqtisadi qərarların alınmasını özündə birləşdirən bir formatdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB