Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində İrakli Kobaxidze ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli danışıqlar planlaşdırılır, daha sonra görüş genişləndirilmiş tərkibdə davam etdiriləcək. Həmçinin Ermənistan və Gürcüstanın Baş nazirləri mətbuata bəyanatla çıxış edəcəklər.
Qeyd edilib ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla da görüş planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB