Bu gün bayram tonqalları Qarabağımızda alovlanır – DEPUTATIN ŞƏRHİ
“Zəngin ənənəyə malik Azərbaycan xalqı mədəniyyətini, adətlərini yaşdır və gələcək nəsillərə ötürür. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət-ənənələridir. Xalqımızın zəngin adət-ənənələrini özündə cəmləşdirən milli-mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Ulu Öndərimiz Heydər Əliyev Novruz bayramının Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyini qətiyyətlə bildirmişdi. O bilirdi ki, işğal edilmiş ərazilərimiz tezliklə geri qaytarılacaq. Dahi Lider özünün siyasi varisinə inanırdı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, artıq dördüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir: “44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı, mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu. Ölkə başçısı İlham Əliyev dördüncü ildir ki, bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında alovlandırır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı. Bu çox böyük və əlamətdar hadisədir. 30 ildən çox bir müddətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Xankəndi, Xocalı və digər işğal altında olmuz şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Bu da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun böyük dərəcədə artmasına səbəb oldu. Prezidentin Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində dediyi kimi, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü döyüş meydanında bərpa etdi. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Bəli, bütün bu gerçəklik Azərbaycan xalqının iradəsi sayəsində reallaşdı və əbədi olaraq belə qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB