Sevinc Osmanqızı AXCP-nin “Qabil TV”-sini ağ yuyub, qara sərdi ANALİZ

Xaricdəki antimilli ünsürlər Əli Kərimli-Sevinc Osmanqızı qarşıdurmasında yeni rol alırlar

Mövcud reallıq ondan ibarətdir ki, dağıdıcı müxalifət liderlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Vəziyyəti dəyişmək, üzləşdikləri ağır problemləri aradan qaldırmağa cəhd etməmələri mövcud durumlarının daha da ağırlaşmasına təkan verir. Bu amilin özü təsdiq edir ki, dağıdıcı müxalifət düşərgəsində aydın düşüncəli, sağlam fikirli, açıq, demokratik mübarizə aparmaq gücündə və istəyində olan partiya sədrləri yoxdur. Yəni ötən əsrin 90-cı illərin də hansı ağılda və düşüncəsində idilərsə, bu gün də eyni təfəkkürdədilər. AXCP sədri Əli Kərimlinin əlləm-qəlləm əməllərini nümunə olaraq təqdim etməklə hər şey tam çılpaqlığı ilə aydın olur. Məlum olur ki, Ə.Kərimli saxtakarlığı və böhtanları ilə siyasi düşüncəsində və fəaliyyətində heç nəyin dəyişmədiyini göstərir. Təbii ki, onun yanlış yolun yolçusu olmasının başlıca səbəbi öz ağılı ilə deyil, başqalarının sifarişləri, göstərişləri ilə hərəkət etməsidir. Çoxsaylı faktlarla sübuta yetirilir ki, Ə.Kərimli pul xatirinə milli və dövlətçilik maraqlarını satmaqla yanaşı, ortaqlarını da aldatmaqdan və onları gedər-gəlməzə yola salmaqdan belə çəkinməyən şəxsdir. Siyasi prosesləri, qismən də olsa analiz etsək, bir daha o qənaətə gəlmək olar ki, Ə.Kərimli üçün fəaliyyət heç də siyasətdə uğur əldə etmək və nəyəsə nail olmaq deyil. Başlıca şərt, nə yolla olursa-olsun, pul qazanmaq, qrantlar əldə etmək və xarici ölkələrdə mülklər almaq və obyektlər tikdirməkdir. Söz yox ki, bu cür xarakterə və düşüncəyə malik şəxslə uzun yol getmək mümkünsüzdür. Çünki gec də olsa insanlar anlayırlar ki, Ə.Kərimli ancaq münasibət qurduğu dostlarına və təşkilatlardan istifadə etmək və pul-para atmaq haqqında düşünür.

Əli Kərimli-Sevinc Osmanqızı qarşıdurması nədən yarandı?

Siyasi düşərgə də Ə.Kərimliyə qarşı inamsızlıq mövcuddur. Məhz buna görə də “dələduz Əli”-nin ətrafında olan şəxslər tədricən ondan uzaq durmağa və əlaqələri kəsməyə çalışırlar. Fikir verin, bir neçə aya əvvələ qədər Ə.Kərimli ilə ABŞ-ın qaranlıq dairələrinə trolluq edən Sevinc Osmanqızı arasında isti münasibətlər mövcud idi. Az qala səhərdən axşama qədər birlik də iş qurub, fəaliyyət göstərirdilər. Yedikləri bir, içdikləri bir, aldıqları və icra etdikləri qarayaxma kampaniyasına dair tezislər də eyni idi. Çünki, Sevinc Osmanqızı ilə Əli Kərimli ABŞ-ın qaranlıq dairələrinin sifarişləri əsasında birlikdə fəaliyyətlərini qurub və gördükləri işin qarşılığında maliyyə yardımları alıblar. Bu gün isə tərəflər qatı düşmənə çevriliblər. Halbuki S.Osmanıqız ABŞ-a ayaq qoyduğu vaxtdan Ə.Kərimlinin təbliğatçısı rolunda çıxış etmişdi. “Osmanqızı TV” vaxtaşırı olaraq Ə.Kərimlinin özü ilə yanaşı ətrafındakı trollara da tribuna verib, onlar vasitəsi ilə Azərbaycan xalqının heysiyyatına toxunan fikirlərin yayımını təşkil edirdi.

Əli Kərimli Sevinc Osmanqızını təhqir etmək üçün xaricdəki antimilli ünsürlərdən də istifadə edir

Hazırkı maraqlar fərqli olduğundan Əli Kərimli ilə Sevinc Osmanqızı bir-birini "top atəşinə" tutublar. Onların arasından hansısa qara pişik filan da keçməyib, kiminsə onların arasını vurduğunu da düşünmək sadəlöhflk olardı. Sadəcə Əli Kərimlinin verilən qrantlardan daha çox əldə etmək azarı S, Osmanqızı ilə aralarında nifaq salıb. Artıq tərəflər bir-birini ən sərt rüsvayedici söz və ifadələrlə təhqir edirlər. Hətta iş o yerə çatıb ki, Ə.Kərimli S.Osmanqızının ağzını yummaq üçün Avropadakı antimilli ünsürləri də prosesə cəlb edib. Hər zaman Ə.Kərimlinin qara işlərinin yerinə yetirilməsində fəallığı ilə seçilən Qabil Məmmədov S.Osmanıqızı haqqında silsilə təhqiredici videolar paylaşıb. Ə.Kərimlinin istəyinə uyğun küçə söyüşlərinə xüsusi yer verən Q.Məmmədov Sevinc Osmanqızını milyonlara sahib olmaqda, İngiltərə də, ABŞ-da mülklərə, bahalı avtomabillərə sahib olmaq da günahlandırıb. Heç şübhəsiz qazdan ayı olan S.Osmanqızı ittihamların və təhqirlərin Qabil Məmmədov kimi “debil”in beyninin məhsulu olmadığını anlayır. Onu da başa düşür ki, Ə.Kərimli və trol dəstəsidironu küncə sıxışdırıb, rüsvay etməyə çalışan. Ona görə də, özünün TV-sin də “əvvəl hakimiyyət idi mənim milyonlarımı araşdıran, indi də müxalifət haqımda araşdırma aparır” deyə bildirib. Onu da əlavə edib ki, “AXCP-nin “Qabil TV” si haqqımda səsləndirdiyi ittihamlarla özlərini məsxərə obyektinə çevirmiş oldular. Mənin Bakıda yaşayan bacımla heç bir əlaqəm yoxdur, milyonlarımın, mülklərimin olması barə də səslənən ittihamlar isə əsassızdır”. Təqribən 60 dəqiqəlik veriliş də S.Osmanqızı AXCP-nin “Qabil TV” sin də haqqında səslənən ittihamlara cavab verməyə çalışdı, Əli Kərimli və onun trol dəstəsini cılız metodlarla ona qarşı mübarizə aparmaqda günahlandırdı.

Erməni kökənli məxluqlar yenə də Sevinc Osmanqızının yanındadılar

Diqqətçəkən məqam ondan ibarətdir ki, S.Osmanıqızının gözdən salınması prosesində Ə.Kərimli ilə eyni sıra da Qabil Məmmədov və digər antimilli ünsürlər olmağa çalışırlarsa, S.Osmanqızında yanında Leyla Yunusun əri Arif Yunus, ABŞ-da yaşayan Beydulla Manaf və Arif Məmmədov olmağa çalışırlar. Onlar tez -tez “Osmanqızı TV” yə çıxıb Ə.Kərimlinin ünvanına ittihamlar səsləndirirlər. Lakin bir məsələ var ki, sözügedən şəxslər erməni kökənlidilər. Özləri bunu gizlətmirlər də. 2022-ci il iyulun 31- də efirə gedən “Böyük siyasət adlı tamaşanın rejissor, aktyor və izləyiciləri” adlı proqramda Beydulla Manaf özü etiraf etiraf edir ki, onun ailəsi erməni mənşəlidir və bunu gizlətmək fikri də yoxdur: “Həyat yoldaşı erməni əsillidir. Uşaqları da erməni mənşəli olduğu üçün 1990-cı illərdə Azərbaycanı tərk edib.
Bundan sonra Bakıya qayıtmaq fikir yoxdur”. Arif və Leyla Yunusların erməni qarışığı olmasını sübut etməyə ehtiyac yoxdur. Özləri çəkinmədən bunu dilə gətiriblər. Hətta dəfələrlə A.Yunus Ermənistana, qohumlarının yanına getdiyini TV verlişlər də bildirib. Arif Yunus açıq şəkil də qeyd edib ki, ABŞ Dövlət Departamenti tərəfindən “Dünya ölkələrində dini azadlıqların vəziyyəti üzrə hesabat”ın Azərbaycana aid hissəsinin hazırlanmasında iştirak edib. Bu hesabatda ölkəmizin adının neqativ tonda çəkilməsi üçün çalışıb. Nəzərə alaq ki, Dövlət Departamenti adından açıqlanan hesabatın Azərbayacana aid olan hissəsinin cavabdehliyi Daniela Aşbaxyan adlı erməninin sədr olduğu komissiyaya həvalə edilib. Arif Yunus isə onun köməkçisinə çevrilib. Daniela Aşbaxyan Amerika Erməni Assambleyasının vəzifəli şəxslərimdən biri olub. Bütün bu faktlar təsdiq edir ki, S.Osmanıqızı kürəyini erməni lobbisinə və erməni kökənli “azərbaycanlılara” söykəyib. Məhz bu fakta istinadən demək olar ki, Ə.Kərimli nə qədər xarici maraqlı dairələrə, o cümlədən xaricdəki antimilli ünsürlərə yaxın olsa da güc balansı baxımından S.Osmanqızına uduzacağı şübhəsidir.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə