"Üç ölkə Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə verəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Üç ölkə Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə verəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü və imzalanan birgə bəyannamə böyük siyasi əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bu bəyanmədə üç ölkə beynəlxalq təşkilatları da bir-birlərini müdafiə etmək, qarşılıqlı əlaqələri möhkəmləndirmək istiqamətində əməkdaşlıq edəcəklər: "Ümumiyyətlə, Azərbaycan, Türkiyə, Gürcüstan formatı uğurla inkişaf edir. Son dövrlərdə Gürcüstanda hökumət dəyişikliyinə baxmayaraq göründüyü kimi Gürcüstan tərəfi hələ də üçlü formatda iştirakda maraqlı görünür.

Əlbəttə ki, biz Gürcüstan siyasətində müəyyən dərəcədə fərqlilik görürük. Amma Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycanın apardığı siyasət regionda iqtisadi və enerji ehtiyatlarına malik olması, siyasi-iqtisadi gücü Gürcüstanı istər-istəməz Azərbaycanla əməkdaşlığa və onun müttəfiqi Türkiyənin Cənubi Qafqazda olduğunu nəzərə alsaq, Gürcüstan məcburdur ki, bu iki qardaş ölkə ilə üç platformada yer alsın. Bu, Gürcüstanın həm təhlükəsizliyinə, həm də iqtisadi inkişafına töhfə verir.

Ümumiyyətlə, bu bəyannamə, xarici işlər nazirlərinin görüşü hesab edirəm ki, yeni siyasi mənzərə üçün xüsusi əhəmiyyət kəsb edəcək. Üç ölkə Cənubi Qafqazda birgə siyasət həyata keçirməklə regionda sülhə və təhlükəsizliyə töhfə verəcək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə