Petar Stoyanov: "Avropa İttifaqı olaraq çoxlu səhvlər buraxmışıq"
"Avropa İttifaqı olaraq çoxlu səhvlər buraxmışıq. Hansı ki bir xeyli dağıdıcı müharibələr baş vermişdir. Bu, Brüsselin bürokratik səhvlərinin nəticəsidir". SİA xəbər verir ki, bu sözləri Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov XI Global Bakl Forumu çərçivəsində panel müzakirə zamanı deyib.
"Avropa İttıfaqı həm də yaxşı qonşuluq münasibətləri sərgiləməli, yaxşı qonşuluq siyasəti irəli sürməlidir", - o əlavə edib.
Sabiq prezidentin sözlərinə görə, Rusiyanın Ukraynada müharibəyə başlaması İkinci Dünya Müharibəsindən sonra ikinci böyük utancdır.
"Düşünürəm ki, Rusiya bir gün demokratik ölkəyə çevriləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB