“Azərbaycan tranzit ölkə kimi rolunu möhkəmləndirir” - ŞƏRH EDİLDİ
“Azərbaycan-Qazaxıstan münasibətləri çox sürətlə inkişaf edir. Xüsusilə Vətən müharibəsindən sonra bizim Qazaxıstanla çox yaxşı imkanlarımız formalaşıb. İstər enerji, istər nəqliyyat istiqamətində əməkdaşlığın yeni bir mərhələyə daşınması üçün lazımi imkanlar formalaşıb. Xüsusilə iki ölkə prezidenti arasında sıx, mehriban, işgüzar münasibətlər formalaşıb. Bu da bizim dövlətləri və xalqları yeni inkişaf mərhələsinə aparan amil kimi dəyərləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, Qazaxıstan nefti artıq Azərbaycan üzərindən Avropaya çıxır: “Burada Azərbaycan tranzit ölkə kimi rolunu möhkəmləndirir. Digər tərəfdən Türk Dövlətləri Təşkilatı çərçivəsində də bizim əməkdaşlığımız sürətlə inkişaf edir. Orta Dəhliz, Zəngəzur dəhlizi idealarının reallığa çevrilməsi həm də xalqlara, dövlətlərə iqtisadi dividentlər vəd edir. Eyni zamanda Qazaxıstan yeni reallıqları qəbul etməklə yanaşı, oan töhfə də verir. İşğaldan azad edilmiş Füzuli şəhərində uşaq yaradıcılıq mərkəzinin istifadəyə verilməsi, həm də gələcəyə qoyulmuş sərmayədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB