"Prezident hansı kadrın harada daha yaxşı çalışacağını gözəl bilir" - MÜNASİBƏT BİLDİRİLDİ
Kadr siyasəti - Dövlət statistika sisteminin kadr təminatına yönəldilən uzlaşdırılmış hüquqi, təşkilati, iqtisadi və sosial psixoloji tədbirlər kompleksini əhatə edir. Azərbaycanda kadr siyasəti peşəkarlıq və xalqa xidmət meyarları üzərində qurulub. Bu baxımdan müasir və demokratik idarəetmə mexanizmi, səmərəli dövlət qulluğu üçün kadr siyasətinin özü qədər icra mexanizmləri də əhəmiyyətlidir. Kadr siyasəti məhz icra mexanizmləri vasitəsilə həyata keçirilir. Belə ki, icra mexanizmləri səmərəlidirsə, peşəkar dövlət qulluğu formalaşacaq, şəffafdırsa, dövlət qulluğuna qəbul və qulluqda irəliləyişə bərabər imkanlar mövcud olacaq və sağlam rəqabətə əsaslanan obyektiv müsabiqə əsasında kadr potensialı formalaşacaq və xidmət illəri boyu daha da inkişaf etdiriləcək. SİA mövzu ilə bağlı deputat Musa Qasımlının fikirlərini öyrənib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı aydın və konkret strategiyası vardır: "Bu strategiyanın həyata keçirilməsi yüksək peşəkarlıq keyfiyyətləri olan kadrların olmasını zəruri edir. Kadrların yüksək vəzifələrə təyin edilməsi dövlət başçımızın müstəsna səlahiyyətidir. Cənab Prezident hansı kadrın harada daha yaxşı çalışacağını gözəl bilir.
Düşünürəm ki, kadr siyasətində başlıca keyfiyyətlər ona tapşırılan sahəni yaxşı bilmək, idarəetmə bacarığına malik olmaq, qarşıya qoyulan vəzifələri aydın dərk etmək, dürüstlük, insanlarla dil tapıb işləmək, problemlərdən qaçmaq deyil, problemlərin üstünə gedib həll etmək, hakimiyyətin nüfuzuna xələl gətirməmək, sədaqətli və cəsarətli olmaqdır. Həmişə deyilib, kadrlar hər şeyi həll edir. Əgər kadr ona tapşırılan işin öhdəsindən gəlmək qabiliyyətindədirsə, həmin sahədə ciddi problemlər olmur. Kadrlar cənab Prezidentimizlə ayaqlaşmağa çalışmalı, onun siyasətinin mahiyyətini dərindən dərk etməlidirlər. Ayaqlaşmayanlar isə təbii olaraq sıradan çıxacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB